Qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi yuxu keyfiyyətinə və orqanizmə ən çox zərər verən qidaların siyahısını təqdim edib.
Medianews.az xəbər verir ki, mütəxəssis axşam saatlarında şirniyyat, hisə verilmiş, qızardılmış və acı yeməklərdən, həmçinin çay, qəhvə və şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu qidalar qanda qlükoza səviyyəsini qəfil dəyişərək yuxunu qaçırır.
Həkim əlavə edib ki, turş və sitrus meyvələri, eləcə də qazlı içkilər mədədə narahatlıq və gəyirməyə, paxlalılar isə köpə səbəb olur. Axşam saatlarında çətin həzm olunan kartof və qarğıdalıdan imtina etmək, qoz-fındığı isə yalnız kiçik bir ovuc daxilində məhdudlaşdırmaq lazımdır.
Medianews.az