İspaniya millisinin gənc ulduzu Lamin Yamal DÇ-2026-nın yarımfinalında Fransaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Medianews.az xəbər verir ki, 19 yaşlı futbolçu bu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini gizlətməyib.
Yamal olduqca inamlı danışıb: "Xüsusi bir gün olacaq. Şübhəsiz ki, bu, karyeramın ən böyük və ən vacib matçıdır. Sakitliyimi qorumalıyam. Nələrə qadir olduğumu bilirəm və heç bir narahatlıq hiss etmirəm. Qorxu? Xeyr, qorxu yoxdur. Biz Avropa çempionuyuq və heç kimdən qorxmuruq."
Xatırladaq ki, İspaniya və Fransa milliləri arasındakı gərgin yarımfinal oyunu bu gün, iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Medianews.az