Medianews.az
Yaddaşı qorumağın
103 baxış

Yaddaşı qorumağın sadə üsulları

Nevroloq Əli İsmayılov bildirib ki, demensiya riskini azaltmaq üçün beyin sağlamlığına kompleks şəkildə diqqət yetirmək lazımdır.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, düzgün həyat tərzi bu xəstəliyin qarşısının alınmasında əsas rol oynayır. O, qan təzyiqinin, şəkərin və xolesterinin nəzarətdə saxlanılmasını, siqaret və alkoqoldan uzaq durmağı, eləcə də müntəzəm hərəkəti tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, keyfiyyətli yuxu, sosial ünsiyyət və zehni aktivlik də çox vacibdir. Yuxu pozğunluğu, depressiya, eşitmə problemləri və tənhalıq yaddaşın zəifləməsini sürətləndirə bilər.

Həkim vurğulayıb ki, profilaktikaya 40–65 yaş aralığında başlamaq daha effektivdir, çünki bu dövrdə yaranan sağlamlıq problemləri sonradan yaddaş itkisinə səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun