Medianews.az
Yaddaşı gücləndirən və beyni aktiv saxlayan
43 baxış

Yaddaşı gücləndirən və beyni aktiv saxlayan HOBBİLƏR

Mütəxəssislər bildirirlər ki, təqaüdə çıxma dövründə sosial çevrənin və gündəlik fəaliyyətlərin azalması zehni aktivliyə mənfi təsir göstərə bilər. Bu səbəbdən yeni hobbilərlə məşğul olmaq yaddaşı və ümumi psixoloji vəziyyəti qorumağa kömək edir.

Medianews.az xəbər verir ki, ekspertlərin fikrincə, ən faydalı məşğuliyyətlərdən biri əl işləridir. Toxuculuq, tikmə, skrapbukinq kimi fəaliyyətlər incə motorikanı inkişaf etdirir və beynin aktiv olmayan hissələrini işə salır.

Həmçinin yeni texnologiyaların öyrənilməsi də tövsiyə olunur. Multibişirici, yoqurt hazırlayan cihaz və ya smartfondan istifadə kimi bacarıqlar yaşlı insanlara müasir dünyaya uyğunlaşmağa və zehni aktiv qalmağa kömək edir.

Şahmat,, stolüstü oyunlar və pazl yığmaq yaddaş və məntiqi gücləndirən effektiv məşğuliyyətlər hesab olunur. Kitab oxumaq, filmləri müzakirə etmək və musiqi dinləmək isə emosional zənginlik yaradır və düşünmə proseslərini aktiv saxlayır.

Medianews.az

Bizə qoşulun