Rusiyanın "Spartak" klubunun baş məşqçisi Xuan Karlos Karsedo davam edən DÇ-2026haqında danışıb.
Medianews.az xəəbr verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis dünya çempionatında kollektiv oyunun önəmini vurğulayıb.
"Futbol mürəkkəb bir idmandır. Heyətinizdə çox güclü oyunçuların olması belə, təkbaşına qələbəyə zəmanət vermir. Ona görə də hər an tonusda olmaq şərtdir. Dünya çempionatı bizə komanda olmağın nə dərəcədə vacib olduğuna dair bir çox faydalı nümunələr göstərir. Əlbəttə ki, güclü fərdi keyfiyyətlərə malik ulduzlar olmadan uğur qazanmaq qeyri-mümkündür. Lakin komanda şəklində bütöv və kompakt oynamaq ən vacib amildir", - deyə mütəxəssis bildirib.
Medianews.az