Aramsız yağış paytaxtın Abşeron rayonunda da ciddi fəsadlar yaradıb.
Bu barədə oxucular “Qafqazinfo”ya video göndəriblər. Vətəndaşlar qeyd edib ki, Xırdalan şəhərinin 26-cı məhəlləsindəki binanın zirzəmisini su basıb. Sözügedən binanın “Çinar” MTK-ya aid olduğu bildirilir.
Sakinlərin sözlərinə görə, binada kommunal xidmətlərin verilişi dayandırılıb.
Qeyd edək ki, intensiv yağışlarla əlaqədar 2 gündür su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirləri görülür.