Medianews.az
Xəzərdə balıqçı batıb, əraziyə helikopter cəlb edilib -
108 baxış

Xəzərdə balıqçı batıb, əraziyə helikopter cəlb edilib - VİDEO

Neft Daşlarının yaxınlığında balıqçı batıb.

Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Bizə qoşulun