ABŞ hərraclarından Azərbaycana idxal edilən bəzi avtomobillərin VİN kodları üzərində dəyişiklik edildiyi və ya tarixçəsinin silindiyi bildirilir.
Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu səbəbdən avtomobilin real yürüşünü və qəza tarixçəsini müəyyənləşdirmək çətinləşir.
Yoxlamalar zamanı ABŞ-dəki yürüş göstəricisi ilə Azərbaycandakı göstərici arasında ciddi fərqlər, həmçinin ağır qəzaya düşmüş avtomobillərin təmir edilərək satışa çıxarıldığı halları aşkarlanır.
Mütəxəssislər alıcılara avtomobil almadan əvvəl VİN kodunu beynəlxalq məlumat bazalarında yoxlatmağı, texniki ekspertiza keçirməyi və tarixçəni təsdiqləyən sənədləri tələb etməyi tövsiyə edirlər.