Medianews.az
Rafael Fiziyevdən Bakıda möhtəşəm qələbə:
199 baxış

Rafael Fiziyevdən Bakıda möhtəşəm qələbə: nokaut etdi

Bakıda Milli Gimnastika Arenasında keçirilən tarixi UFC turniri Azərbaycan döyüşçülərinin çıxışları ilə yadda qalıb.

Medianews.az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində oktaqona çıxan Rafael Fiziyev meksikalı rəqibi Manuel Torres üzərində parlaq qələbə qazanıb. Azərbaycanlı döyüşçü ikinci raundda endirdiyi dəqiq və güclü zərbələrlə rəqibini nokauta salaraq tribunaları ayağa qaldırıb.

Fiziyevin qələbəsi yerli azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Gecə Azərbaycan təmsilçiləri üçün ümumilikdə uğurlu alınıb.

Tahir Abdullayev və Fərman Həsənov da rəqibləri üzərində inamlı qələbələr qazanaraq turniri uğurla başa vurublar.

Nazim Sadıxov isə gözlənilmədən ilk raundda rəqibinə texniki nokautla məğlub olaraq gecəni itki ilə qapayıb.

Müşfiqə

Bizə qoşulun