Medianews.az
UFC qalibi Fərman Həsənov
120 baxış

UFC qalibi Fərman Həsənov ustad dərsi keçib

UFC döyüşçüsü Fərman Həsənov Naxçıvanda gənc idmançılar üçün ustad dərsi keçib.

Medianews.az xəbər verir ki, o, peşəkar idman karyerası və UFC-yə gedən yolu barədə iştirakçılarla söhbət aparıb, uğurun əsas şərtləri kimi nizam-intizam, davamlı məşq və əzmkarlığın vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Fərman Həsənov döyüş texnikalarını nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb və onlara tövsiyələr verib.

Görüşün sonunda isə Məcid Seyidov tərəfindən idmançıya fəxri fərman təqdim olunub.

Bizə qoşulun