Hər il dünyanın bir çox ölkəsində film festivalları keçirilir. Beynəlxalq film festivalları kino sənayesində baş verən yeniliklərin, yaradıcılıq axtarışlarının və mədəni dialoqun əsas platformalarından biri hesab olunur. Bu festivallar milli kinematoqrafiyaların qlobal auditoriyaya təqdim edilməsi, yeni istedadların tanıdılması və ölkələrin mədəni imicinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Son illər Azərbaycan kinosu da bu beynəlxalq kino mühitində daha fəal iştirak etməklə diqqət mərkəzinə düşür.
2025-ci ildə Azərbaycan filmləri hansı beynəlxalq festivallarda iştirak edib və hansı mükafatlara layiq görülüb?
Mövzu ilə bağlı Medianew.az saytı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq nazirlikdən bildirilib ki, 2025-ci ildə Azərbaycan filmləri bir çox beynəlxalq film festivallarında uğurla təmsil olunub: “Bu müddət ərzində ölkəmizin həm bədii, həm də sənədli filmləri müxtəlif nominasiya və kateqoriyalarda iştirak edərək müsabiqələrin final mərhələlərinə yüksəlib. Azərbaycan kino məhsulları A kateqoriyalı festivallarda da nümayiş olunub, yüksək peşəkarlıqla qiymətləndirilib və bir sıra mükafatlara layiq görülüb. Qazanılan bu nailiyyətlər milli kinematoqrafiyamızın inkişaf dinamikasını və beynəlxalq kino məkanında artan iştirakını bir daha təsdiqləyir”.
2025-ci ildə Azərbaycan filmlərinin iştirak etdiyi beynəlxalq festivalların və həmin festivallarda nümayiş olunan filmlərin siyahısı aşağıdakı kimidir.
“Boşluğa xütbə” - Ucqar Film
Venesiya Film Festivalı - müsabiqədənkənar bölməsi (İtaliya)
Tokyo Beynəlxalq Film Festivalı (Yaponiya)
Qahirə Film Festivalı (Misir)
Baku Cinema Breeze çərçivəsində nümayiş
“Erkən hisslər” - Rental Azərbaycan
Krakov Film Festivalı (Polşa)
BCB çərçivəsində Bakı Beynəlxalq Film Festivalı - Ən yaxşı qısametrajlı bədii film nominasiyası qalibi
Haliç Goldenhorn Beynəlxalq Film Festivalı (Türkiyə)
“Yaddaş sarayları” - Rental Azərbaycan
Jihlava Beynəlxalq Sənədli Film Festivalı (Çexiya)
BCB çərçivəsində Bakı Beynəlxalq Film Festivalı - Ən yaxşı qısametrajlı sənədli film nominasiyası qalibi
“Tərsinə kölgələr” - Chinar Film
Kazan Beynəlxalq Film Festivalı (Rusiya)
Haliç Goldenhorn Beynəlxalq Film Festivalı (Türkiyə)
“Nargin - Sona qədər sirli” - Karvan Production
Qorqud Ata Türk Dünyası Film Festivalı - Ən yaxşı sənədli film kateqoriyası - İkinci yer (Qazaxıstan)
Kür - çaylar anası - Od Media Production
Türk Dünyası Sənədli Film Festivalı - ən yaxşı sənəd film nominasiyasında qalib, ən yaxşı istehsal nominasiyasında qalib (Türkiyə)
Baku Cinema Breeze çərçivəsində nümayiş
Doğma Torpaq - Nərimanfilm
Qorqud Ata Türk Dünyası Film Festivalı
Haliç Goldenhorn Beynəlxalq Film Festivalı - ən yaxşı tammetrajlı film nominasiyasında qalib, ən yaxşı operator nominasiyasında qalib (Türkiyə).
Nailə Qasımova,
Medianews.az