Medianews.az
Xames Rodriqes:
92 baxış

Xames Rodriqes: "Ona heyranam"

Kolumbiya millisinin kapitanı Xames Rodriqes DÇ-2026-nın qrup mərhələsinin son turundakı Portuqaliya matçından (0:0) sonra rəqib komandanın ulduzu Kriştiano Ronaldoya heyranlığını gizlətməyib.

Medianews.az xəbər verir ki, "Real Madrid"də birlikdə oynamış iki ulduz oyun öncəsi və fasilədə səmimi şəkildə söhbət ediblər.

Xames, 41 yaşlı Ronaldunun fiziki formasını yüksək qiymətləndirib: "Biz çox yaxın dostuq, 'Real'da oynayanda tez-tez onun evinə qonaq gedirdim. Ronaldo möhtəşəm bir insandır və hər kəs üçün nümunədir. Onun 41 yaşındakı bədəninə, meydanda etdiklərinə baxın! O, dahi bir atletdir. Ona heyranam və böyük hörmətim var".

Qeyd edək ki, qrupu 7 xalla lider bitirən Kolumbiya 1/16 finalda Qana ilə, 5 xalla ikinci olan Portuqaliya isə Xorvatiya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun