Medianews.az
Xameneinin neçə oğlu var və onlar hansı vəzifələri tuturlar? -
221 baxış

Xameneinin neçə oğlu var və onlar hansı vəzifələri tuturlar? - FOTO

“İranın öldürülən ali rəhbəri Əli Xameninin dörd oğlu - Müctəba, Məsud, Mustafa və Meysəm ölkənin dini, ideoloji, təhlükəsizlik və iqtisadi güc strukturlarında imtiyaza malikdir”. Bunu Medianews.az-a siyasi təlilçi Aqşin Kərimov deyib.

O bildirib ki, Müctəba Xamenei İran elitasında və qardaşlar arasında eksklüziv nüfuza malikdir: “Onun hazırda qardaşlar arasında atasından sonra varis kimi adı daha çox hallanır.

Meysəm Xamenei nüfuz baxımından aşağı iyerarxiyadadır. Məlumatlara əsasən, Meysəm Xamenei Tehran seminariyasında dərs deyir və bununla yanaşı, Ali Rəhbərin Əsərlərinin Qorunması və Nəşri Ofisində çalışır.

Məsud Xameni atasının və islam inqilabının təbliği aparatına nəzarət edir. O, Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinə rəhbərlik edir.

Mustafa Xamenei isə qardaşlar arasında ən gizli biri kimi xarakterizə edilir. Məlumata görə, o, Qumda yaşayır və oradakı seminariyada dərs deyir”.

Medianews.az

Bizə qoşulun