Medianews.az
“Xalq” və “Əməkdar” təqaüdlərini neçə nəfər alır?
121 baxış

“Xalq” və “Əməkdar” təqaüdlərini neçə nəfər alır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2026-cı il aprelin 1-nə Azərbaycanda 238 nəfər “Xalq” fəxri adına görə, 4435 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb.

Medianews.az bildirir ki, xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 300 manatdır.

Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat aylıq təqaüd müəyyən edilib.

Medianews.az

Bizə qoşulun