BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində gənclərin, xüsusilə də tələbələrin fəallığı diqqət çəkib.
Tələbələr Medianews.az-a bildiriblər ki, tədbir onlar üçün həm əyləncəli, həm də faydalıdır. Fərqli ölkələrin mədəniyyətləri ilə tanış olmaq, əcnəbilərlə ünsiyyət qurmaq, yeni əlaqələr “network” yaratmaq və təcrübə qazanmaq baxımından mühüm fürsət yaradır.
Tələbələr forumun rəngarəng atmosferindən məmnun qaldıqlarını, müxtəlif ölkələrin stendlərini ziyarət edib hədiyyələr qazandıqlarını qeyd ediblər.
Medianews.az