Medianews.az
WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub
104 baxış

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibətilə şəhərə gələn qonaqlar və sakinlər üçün yarmarka təşkil edilib.
 
“Şəhərsalma yarmarkası” çərçivəsində 20–22 may tarixlərində paytaxtın üç məkanında — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsi yaxınlığında və “Deniz Mall” ətrafında müxtəlif rəngarəng proqramlar təşkil olunur.
 
Hər gün saat 13:00-dan etibarən fəaliyyətə başlayan yarmarka köşkləri vasitəsilə Azərbaycan şirkətləri tərəfindən müxtəlif məhsulların satışı həyata keçirilir. Dənizkənarı Milli Park ərazisindəki yarmarka saat 21:00-a qədər davam edəcək.

Bizə qoşulun