Medianews.az
Vüsal Aslanov iki yeni
121 baxış

Vüsal Aslanov iki yeni rəis təyin etdi

Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub. 

Medianews.az xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb. 

Belə ki, Sevinc Hacızadə QSC-nin Strateji İnkişaf Departamentinin Layihə İdarəedilməsi şöbəsinin rəisi, Orxan Mustafayev isə Elektrik təchizatı xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasının rəisi vəzifəsinə təyin edilib.

Məlumat İqtisadiyyat.az-a "Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.

Qeyd edək ki, bu təyinatadək S.Hacızadə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də bölmə müdiri, O.Mustafayev isə Sumqayıt Texnologiyalar Data Mərkəzində Energetika şöbəsinin müdiri vəzifəsində çalışıb.//İqtisadiyyat.az

Bizə qoşulun