İspaniya La Liqasının 28-ci turunda “Vilyarreal” “Alaves”lə heç-heçə edib.
Medianews.az Trend-ə istinadən xəbər verir ki, Vitoriya şəhərindəki “Mendizorroza” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Vilyarreal” xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Alaves” isə 28 xalla 16-cı pillədə qərarlaşıb.