Medianews.az
Verilişdə gözlənilməz an:
89 baxış

Verilişdə gözlənilməz an: İştirakçı studiyada yerə uzandı

“Kim milyoner olmaq istəyir?” verilişində iştirak edən yapon iştirakçı Kohei Muranaga qeyri-adi davranışı ilə həm aparıcı Oktay Kaynarcanı, həm də tamaşaçıları təəccübləndirib.

Medianews.az xəbər verir ki, veriliş zamanı Türkiyəyə olan marağını ifadə edən Muranaga hörmət əlaməti olaraq qəfil studiyada üzüüstə yerə uzanıb.

Bunun ənənəvi davranış olduğunu bildirən iştirakçı, “İcazə verin sizə hörmətimi göstərim” sözləri ilə hərəkətini izah edib.

Gözlənilməz vəziyyət qarşısında çaşqınlıq yaşayan aparıcı Oktay Kaynarca isə dua edərək reaksiyasını bildirib və yarışmacıya “Qurban olum, qalx” deyə müraciət edib.

Kohei Muranaga yarışmadan 5 min türk lirəsi (təxminən 190 manat) uduşla ayrılıb. O, çıxışı zamanı puldan daha çox bu təcrübənin dəyərli olduğunu vurğulayaraq, “Sizinlə tanış olmaq mənim üçün daha böyük mükafatdır” deyib və vidalaşarkən yenidən yerə uzanıb.

Medianews.az

 

Bizə qoşulun