Medianews.az
“Vergi çoxdur, təhlükəsizlik zəifdir” –
73 baxış

“Vergi çoxdur, təhlükəsizlik zəifdir” – Bloger bu ölkəni tənqid etdi

Ukraynalı bloqer Aleksey Şevtsov İspaniyada yüksək vergilər və təhlükəsizlik problemləri ilə bağlı narazılığını ifadə edib.

Medianews.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, İspaniyada yüksək gəlirli şəxslər qazancın təxminən yarısını vergi kimi ödəyirlər.

Şevtsovun sözlərinə görə, buna baxmayaraq hüquq-mühafizə orqanları vətəndaşların təhlükəsizliyini yetərincə təmin etmir.

Bloqer Barselonada qarət edildiyini və ona polisə müraciət etməməyin tövsiyə olunduğunu iddia edib. O, İspaniyanı sərt ifadələrlə tənqid edərək bu ölkədə yaşamağın mənasız olduğunu bildirib.

Şevtsov əlavə edib ki, onun fikrincə, Portuqaliya və İtaliya yaşamaq baxımından İspaniyadan daha yaxşı seçimdir.

Medianews.az

Bizə qoşulun