Medianews.az
Vensan Abubakara transfer təklifləri var -
160 baxış

Vensan Abubakara transfer təklifləri var - "Neftçi"dən ayrılır?

"Neftçi"nin futbolçusu Vensan Abubakarın yenidən Türkiyə yaşıl meydanlarına qayıtması ehtimalı yaranıb.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin formasını geyinən kamerunlu hücumçunun növbəti dayanacağı Türkiyənin "Bursaspor" klubu ola bilər.

İddialara əsasən, Bursa təmsilçisi 33 yaşlı təcrübəli hücumçunu diqqət mərkəzində saxlayır. Mövsüm bitdikdə "Neftçi" ilə müqavilə müddəti başa çatacaq Abubakarın Türkiyə komandasına azad agent statusu ilə, yəni tam ödənişsiz keçəcəyi ehtimal edilir.

Yayılan xəbərlərdə həmçinin o da vurğulanır ki, Bakı klubunun rəhbərliyi tərəfindən futbolçunun hazırkı müqaviləsində yer alan 1 illik uzatma bəndinin aktivləşdirilməsi və ona yeni rəsmi təklifin irəli sürülməsi gözlənilmir.

Xatırladaq ki, Vensan Abubakar cari mövsüm ərzində "Neftçi"nin heyətində 18 rəsmi qarşılaşmada yaşıl meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizə qoşulun