Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbiət hadisəsinin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həlak olanların sayı 1 450 nəfərə yüksəlib, xəstəxanalarda isə 3,2 mindən çox xəsarət alan şəxs var. Xeyli sayda yaşayış evi dağılıb, infrastruktur obyektləri və xəstəxanalara ziyan dəyib, həmçinin ölkənin əsas hava limanı bağlanıb.//Oxu.Az