Medianews.az
Vəfatından sonra yayılan BU GÖRÜNTÜLƏRİ yenidən gündəm oldu -
214 baxış

Vəfatından sonra yayılan BU GÖRÜNTÜLƏRİ yenidən gündəm oldu - VİDEO

Xəbər verdiyimiz kimi, Tanınmış türkiyəli professor İlber Ortaylı vəfat edib.

Medianews.az-ın məlumatına görə, 78 yaşlı professor müalicə aldığı xəstəxanada həyatını itirib.

O, şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada müalicə alırdı.

Tarixçi alimin vəfatından sonra onunla bağlı videolar sosial mediada yayılır. Bu videolardan biri də onun Şəmkirə səfəri ilə bağlıdır. Türk
tarixşünaslığının tanınmış simalarından biri, professor İlber Ortaylının Azərbaycanla, xüsusilə Şəmkirlə qohumluq əlaqələrinin olduğu yenidən gündəmə gəlib. Belə ki, Ortaylının ana tərəfdən qohumlarının bir hissəsi Azərbaycanın Şəmkir rayonunun Təzəkənd kəndində yaşayır. Mənbələrin məlumatına görə, dünyaca məşhur alim Azərbaycanla, xüsusilə Şəmkirlə bağlılığını müxtəlif müsahibələrində vurğulayıb bu bölgəni özünə doğma saydığını bildirib.

Qeyd olunur ki, İlber Ortaylı 2024-ilin oktyabr ayında Şəmkirə səfər edərək uzun illər görmədiyi qohumları ilə görüşüb. O, 25 ildən sonra xalası qızı Səadət xanım digər yaxınları ilə bir araya gəlib.

Şəmkir ictimaiyyəti böyük alimin vəfatı ilə bağlı dərin kədərini ifadə edib onun ailəsinə, yaxınlarına, eləcə bütün Türk dünyasına başsağlığı verib.

Qeyd edək ki, Osmanlı Türk tarixi üzrə dünyanın ən nüfuzlu alimlərindən sayılan İlber Ortaylı 78 yaşında dünyasını dəyişib uzun illər elmi fəaliyyəti ilə tarixşünaslığa böyük töhfələr verib.

Medianews.az

Bizə qoşulun