Medianews.az
Vaşinqtondan şok iddia:
54 baxış

Vaşinqtondan şok iddia: Kreml İrana BU MƏLUMATLARI ötürüb

ABŞ kəşfiyyatına yaxın mənbələr Rusiyanın İrana regiondakı Amerika hərbi obyektləri ilə bağlı kəşfiyyat məlumatları ötürdüyünü iddia edir.

Medianews.az xəbər verir ki, bu məlumatlar Tehrana ABŞ hərbi hədəflərini müəyyənləşdirməyə kömək edə bilər.

"Defense News"un yaydığı məlumata görə, ABŞ kəşfiyyatına yaxın rəsmilər Rusiyanın İrana regiondakı Amerika hərbi gəmiləri, qırıcı təyyarələri və digər hərbi platformalar barədə məlumatlar ötürdüyünü bildiriblər. Mənbələrin sözlərinə görə, sözügedən məlumatlar İranın ABŞ hərbi hədəflərini müəyyən etməsinə yardım edə bilər.

Hesabatda qeyd olunur ki, məsələ ilə tanış olan rəsmilər ictimaiyyət qarşısında danışmaq səlahiyyətləri olmadığı üçün anonimlik şərti ilə açıqlama veriblər. ABŞ kəşfiyyatı indiyə qədər Rusiyanın İrana məlumat ötürdüyünü təsdiqləyən konkret sübutların olmadığını bildirsə də, belə ehtimalın diqqətlə araşdırıldığını qeyd edir.

Bu iddialar təsdiqlənərsə, Rusiyanın dolayı yolla ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlara cəlb olunmasının ilk əlamətlərindən biri ola bilər.

Ağ Ev isə yayılan xəbərlərin hərbi əməliyyatların gedişinə ciddi təsir göstərmədiyini açıqlayıb. Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, Rusiyanın İrana kəşfiyyat məlumatı verməsi ilə bağlı iddialar ABŞ əməliyyatlarının nəticələrini dəyişmir.

“Bu, İrandakı hərbi əməliyyatlar baxımından heç bir fərq yaratmır, çünki biz onları tamamilə aradan qaldırırıq”, – deyə Livitt qeyd edib.

Sözçü həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bu məsələni müzakirə edib-etmədiyi və ya Rusiyanın bununla bağlı sanksiyalarla üzləşib-üzləşməyəcəyi barədə suallara cavab verməkdən imtina edib.

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff isə bildirib ki, Rusiya rəsmiləri İranla kəşfiyyat məlumatlarının paylaşılması barədə iddiaları təkzib ediblər.

Kremlin sözçüsü Dmitri Peskov da “The Washington Post” qəzetinə açıqlamasında Rusiyanın İrana hərbi yardım göstərməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, Tehran tərəfindən belə bir müraciət daxil olmayıb.

“Biz İran tərəfi və İran rəhbərliyinin nümayəndələri ilə dialoqdayıq və bu dialoq davam edəcək”, – deyə Peskov bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl İranı Rusiyaya hücum dronları verməkdə və Kremlə dron istehsalı müəssisəsi yaratmağa kömək etməkdə ittiham etmişdi. ABŞ rəsmiləri həmçinin İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya qısa mənzilli ballistik raketlər göndərdiyini də iddia etmişdilər.

Medianews.az

Bizə qoşulun