Medianews.az
Uşaqların boyu uzanır:
119 baxış

Uşaqların boyu uzanır: Səbəb isə piylənmədir

Britaniyada son 20 ildə uşaqların orta boyunun artıb.

Medianews.az xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçıları açıqlayıblar.

Lakin alimlər bildirirlər ki, bu artım sağlamlığın yaxşılaşması ilə deyil, uşaq piylənməsinin çoxalması ilə bağlıdır.

İngiltərə, Şotlandiya və Uelsdə aparılan araşdırmanın nəticələrinə əsasən, xüsusilə aztəminatlı bölgələrdə boy artımı piylənmənin yayılması və sosial bərabərsizliyin dərinləşməsi ilə əlaqələndirilir.

Mütəxəssislər qeyd edirlər ki, artıq çəki hormonal dəyişikliklərə səbəb olaraq uşaqların daha sürətli böyüməsinə gətirib çıxarır. Lakin bu, müsbət göstərici sayılmır, çünki piylənmə gələcəkdə diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Araşdırmaya görə, yoxsul bölgələrdə 11 yaşlı oğlanların orta boyu 2009/10-cu tədris ilindəki 144,4 sm-dən 2023/24-cü ildə 146,1 sm-ə yüksəlib. Eyni dövrdə artıq çəkili və ya piylənmiş uşaqların payı 37,7 faizdən 43,3 faizə çatıb.

Tədqiqatçılar bildirirlər ki, aşağı gəlirli ailələr sağlam qidaya və təhlükəsiz idman imkanlarına daha az çıxış əldə edir. Problemin həlli üçün uşaq yoxsulluğunun azaldılması və sosial bərabərsizliyin aradan qaldırılması vacib sayılır.

Medianews.az

Bizə qoşulun