ABŞ-də 31 yaşlı qadın 1,5 yaşlı oğlunun ölümünə səbəb olmaqda ittiham edilir.
Medianews.az xəbər verir ki, hadisə Arizona ştatında baş verib.
Polis uşağın meyiti hotel otağındakı soyuducuda plastik qabın içində aşkarlayıb.
Qadın polisə bildirib ki, uşağın davamlı ağlaması onu əsəbiləşdirib və o, körpəni sərt şəkildə çarpayıya atıb. Bundan sonra uşağın vəziyyəti pisləşsə də, ana onu xəstəxanaya aparmayıb.
Bir müddət sonra uşağın öldüyünü görən qadın meyiti soyuducuda gizlədib və təxminən iki həftə sonra polisə müraciət edib.
Məlumata görə, Manakahanın daha əvvəl də zorakılıq, sərxoş vəziyyətdə avtomobil idarə etmə və ictimai asayişi pozma kimi cinayətlərə görə məhkumluğu olub.
Medianews.az