Medianews.az
Urmiya tam buxarlandı
1,625 baxış

Urmiya tam buxarlandı

İranda 4 min ildən çox yaşı olan Urmiya gölü tam quruyub. Xəbəri sentyabrın 24-də Almaniyanın “Bild” qəzeti yayaraq qeyd edib ki, Asiyanın ən böyük duzlu gölü sayılan Urmiya gölü sanki dünən - 1980-ci illərdə 140 kilometr uzunluqda, 55 kilometr endə su hövzəsi olub.

Medianews.az xəbər verir ki, ölkənin şimal-qərbində, Güney Azərbaycan torpaqlarında yerləşən gölün quruması bölgəyə ekoloji fəlakət gətirib, ərazi duz fırtınalarının əlində yesir qalaraq kənd təsərrüfatı üçün yararsız hala düşüb. Ekoloqlar hesab edir ki, Urmiya fəlakəti həm də ölkədə bir milyondan çox qeyri-leqal quyunun qrunt sularını sümürməsinin nəticəsidir.

Həmçinin hesablamalara görə, su ehtiyatlarının 88 faizi ölkənin ümumi daxili məhsulunun cəmi 10 faizini təmin edən kənd təsərrüfatına yönəlir. Qeyd olunur ki, ölkə hər il təbiətin bərpa edə bildiyindən 43 milyon kubmetr çox su işlədir.

Ərazisi 1,6 milyon kvadrat kilometr olan İranın 6 əyaləti tarixi Güney Azərbaycan torpaqlarını əhatə edir: Şərqi Azərbaycan əyaləti (mərkəzi – Təbriz şəhəri), Qərbi Azərbaycan əyaləti (mərkəzi – Urmiya şəhəri), Ərdəbil əyaləti (mərkəzi – Ərdəbil şəhəri), Zəncan əyaləti (mərkəzi – Zəncan şəhəri), Qəzvin əyaləti (mərkəzi – Qəzvin şəhəri), Həmədan əyaləti (mərkəzi – Həmədan şəhəri).

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun