Medianews.az
Urmiya gölü ilə bağlı
140 baxış

Urmiya gölü ilə bağlı şad xəbər

Son 1 il ərzində Urmiya gölünün su miqdarı 18 dəfə artıb.

Bunu Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbari deyib.

Onun sözlərinə görə, hazırda Urmiya gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kubmetrdir.

Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kubmetrdir.

May ayında Urmiya gölündə su miqdarı 3.5 milyard kubmetrə çatmışdı.

Bizə qoşulun