Medianews.az
Ürəyiniz təhlükədə ola bilər -
127 baxış

Ürəyiniz təhlükədə ola bilər - Ən gizli simptomlar

"Ürək xəstəliklərinin bəzi əlamətləri uzun müddət diqqətdən kənarda qala bilər". 

Medianews.az xəbər verir ki, bunu kardioloq Xorxe Koroişi deyib. Həkimin sözlərinə görə, aşağıdakı simptomlar ürək problemlərindən xəbər verə bilər:

  • gün ərzində həddindən artıq yorğunluq
  • səbəbsiz tərləmə
  • ürəkbulanma, qarın ağrısı və iştahasızlıq kimi həzm problemləri
  • əl və ayaqlarda şişkinlik
  • başgicəllənmə və ya huşunu itirmə
  • sinədə narahatlıq
  • nəfəs darlığı

Karlos Nasimento isə qeyd edib ki, insanlar bu əlamətləri çox vaxt stress, narahatlıq və ya adi yorğunluqla əlaqələndirirlər. Onun fikrincə, simptomların davamlı olması və zamanla güclənməsi ciddi siqnal hesab edilməlidir.

Medianews.az

Bizə qoşulun