Medianews.az
Ürək və beyin üçün ən yaxşı
67 baxış

Ürək və beyin üçün ən yaxşı B12 mənbəyi

Həkimlər B12 vitamini baxımından ən faydalı məhsullardan birinin qızılbalıq olduğunu bildiriblər.

Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, B12 vitamini qırmızı qan hüceyrələrinin yaranması, sinir sistemi və ürək sağlamlığı üçün vacibdir.

İnsan orqanizmi bu vitamini özü istehsal etmədiyi üçün onu qida vasitəsilə qəbul etmək lazımdır.

Həkim Brinna Connor qeyd edib ki, qızılbalıq həm B12 vitamini, həm də ürək və beyin üçün faydalı omeqa-3 yağ turşuları ilə zəngindir. Bildirilir ki, bir porsiya qızılbalıq gündəlik B12 ehtiyacını tam ödəyə bilər.

Mütəxəssislər alternativ olaraq forel balığını da tövsiyə edirlər. Onun da ürək-damar sistemi və beyin fəaliyyətinə müsbət təsir göstərdiyi vurğulanıb.

Medianews.az

Bizə qoşulun