Medianews.az
Ürək sağlamlığınızı qorumaq üçün
58 baxış

Ürək sağlamlığınızı qorumaq üçün 5 sadə addım

Diyetoloq Karen Ansel ürək sağlamlığını qorumaq üçün bir neçə sadə addım təklif edib.

Medianews.az xəbər verir ki, onun fikrincə, pəhrizinizə bitki mənşəli qidalar – tərəvəzlər, meyvələr, qoz-fındıq, toxumlar və tam taxıllar daxil etmək lazımdır.

Bu qidalar, pis xolesterol səviyyəsini azaldaraq ürəyi qoruyur.

Ansel həmçinin fiziki aktivliyin vacibliyini vurğulayır və sosial əlaqələrin ürək sağlamlığına müsbət təsir etdiyini qeyd edir. O, qan şəkərini artıran içkilərdən və siqaretdən çəkinməyi tövsiyə edir. Dietoloq, siqareti tərgitdikdən dörd il sonra insult riskinin azaldığını bildirir.

Medianews.az

Bizə qoşulun