“Ukrayna münaqişəsinə onu doğuran səbəbləri aradan qaldırmadan son qoymaq mümkün deyil”.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstandakı səfərində deyib.
Nazirin sözlərinə görə, davamlı və ədalətli sülh üçün münaqişənin köklü səbəbləri aradan qaldırılmalıdır.
O həmçinin qeyd edib ki, Rusiya ABŞ-nin iştirakı ilə danışıqların davam etdirilməsində maraqlıdır və Moskva ilə Vaşinqton arasında müəyyən qarşılıqlı anlaşma qalmaqdadır.
Medianews.az