Medianews.az
Ukrayna bu ölkə ilə sərhəddə
67 baxış

Ukrayna bu ölkə ilə sərhəddə müdafiəsini gücləndirməyə başladı

Ukrayna Belarusla həmsərhəd olan Volın vilayətində müdafiə tədbirlərini gücləndirməyə başlayıb.

Medianews.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Bildirilib ki, sərhədyanı ərazilərdə dairəvi müdafiə sistemi hazırlanır. Həmçinin sərhəddə təhlükə yaranacağı təqdirdə tam təxliyə ssenarisi də nəzərdən keçirilir.

Məlumata görə, oxşar müdafiə hazırlıqları Kiyev vilayətində də aparılır.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Belarus istiqamətindən mümkün hücum təhlükəsinin olduğunu bildirib. Onun sözlərinə görə, potensial risk Volın, Jitomir və Rivne vilayətlərini əhatə edə bilər.

Medianews.az

Bizə qoşulun