Medianews.az
UFC: Şon Striklend dünya çempionu oldu -
54 baxış

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

Mayın 10-da ABŞ-nin Nyuark şəhərində qarışıq döyüş növləri (MMA) üzrə UFC 328 turniri baş tutub. Gecənin əsas hadisəsi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Hamzat Çimayevlə amerikalı Şon Striklend arasında orta çəki dərəcəsində keçirilən titul döyüşü olub.

Medianews.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, beş raund davam edən qarşılaşma hakimlərin qərarı ilə Striklendin qələbəsi ilə yekunlaşıb.

Hazırda Çimayevin MMA üzrə aktivində 16 döyüş var ki, bunlardan 15-i qələbə, biri isə məğlubiyyətdir. Striklendin hesabında isə 31 qələbə və 7 məğlubiyyət yer alır. Bu, Çimayevin peşəkar karyerasındakı ilk məğlujbiyyəti olub.

Xatırladaq ki, bundan əvvəlki döyüşündə H.Çimayev hakimlərin yekdil qərarı ilə Drikus dü Plessiyə qalib gələrək çempionluq kəmərinə sahib çıxmışdı. Striklend isə öz növbəsində Entoni Ernandesi nokauta salmışdı.

Bizə qoşulun