UEFA-nın klub turnirlərinin 2025-2026 mövsümündə finalçılar bəllidir.
Avropa Liqasının finalı mayın 20-si İstanbulda keçiriləcək: “Frayburq” – “Aston Villa”.
Konfrans Liqasının finalına mayın 27-də Leypsiq ev sahibliyi edəcək: “Kristal Pelas” – “Rayo Valyekano”.
Çempionlar Liqasının finalı mayın 30-u Budapeştdə oynanacaq: PSJ – “Arsenal” (London).
Medianews.az bildirir ki, 1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 dəfə qalib olub.
1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 7, “Tottenhem”, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya) və “Atletiko” 3, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Ayntraxt” (Frankfurt), “Höteborq”, “Real”, “Parma”, “Portu” və “Çelsi” 2, PSV, “İpsviç”, “Anderlext”, “Bayer”, “Napoli”, “Ayaks”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted”, “Vilyarreal” və “Atalanta” 1 uğur qazanıb.
2021-ci ildən keçirilən Konfrans Liqasını “Roma”, “Vest Hem”, “Olimpiakos” və “Çelsi” 1 dəfə udub.