Medianews.az
3 itkin şəhid dəfn ediləcək -
137 baxış

3 itkin şəhid dəfn ediləcək - FOTO

Mayın 15-i üç itkin şəhidimiz dəfn ediləcək.

Medianews.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Saat 15:00-da Rafiq Şirvan oğlu Cəfərov Füzuli rayonu, Əbdürrəhmanlı kənd qəbiristanlığında, saat 17:00-da Ələddin Həzi oğlu Həziyev və Zaur İmamqulu oğlu Sadıqov Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaqlar.

Bizə qoşulun