Medianews.az
Üç həftə sevgilisinin meyiti ilə
54 baxış

Üç həftə sevgilisinin meyiti ilə YAŞADI

Böyük Britaniyada 61 yaşlı qadın üç həftə vəfat etmiş sevgilisinin meyiti ilə yaşayıb. 

Medianews.az xəbər verir ki, hadisə Oksfordşirdə baş verib. 

Məhkəmədə bildirilib ki, 71 yaşlı Con Blekvel 1 oktyabr 2025-ci ildə infarkt nəticəsində dünyasını dəyişib. Onun meyiti yalnız 21 oktyabrda təmizlik işçisi tərəfindən aşkar edilib. Bu müddət ərzində Smitson cəsədin qaldığı otaqda yatmağa davam edib.

Araşdırma zamanı məlum olub ki, qadın kişinin ölümünü gizlətmək üçün onun telefonundan mesajlar göndərib, qonşulara isə müxtəlif bəhanələr verib. İşə baxan hakim hadisəni ictimai əxlaqa zidd hərəkət kimi qiymətləndirərək Smitsonu 14 ay azadlıqdan məhrum edib. Müdafiə tərəfi isə qadının psixoloji sarsıntı keçirdiyini və əməlinə görə peşman olduğunu bildirib.

Medianews.az

Bizə qoşulun