Türkiyənin Hatay bölgəsində yerli hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı İŞİD terrorçu qruplaşmasnın 4 üzvü saxlanılıb.
Medianews.az bu barədə Trend-ə istinadən xəbər verir.
Məlumata görə, onlar İŞİD terror təşkilatı tərkibində silahlı fəaliyyətdə iştirak etməkdə, münaqişə bölgələrində olmaqda şübhəli bilinirlər.
Saxlanılan şəxslər məhkəmə qarşısına çıxarıldıqdan sonra barələrində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndəriliblər.