Türkiyənin Aralıq dənizi akvatoriyasında 4.8 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 10:46-da qeydə alınıb.
Seysmik hadisənin ocağı 15 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı qeydə alınmayıb./oxu.az