Medianews.az
Türkiyədə məktəbdə faciə:
99 baxış

Türkiyədə məktəbdə faciə: ÖLƏNLƏR VAR

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə baş verib.

Medianews.az xəbər verir ki, hadisə səhər saatlarında olub.

Belə ki, məktəbin həyətindəki ağaca ildırım düşüb və ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib.

Hadisə zamanı yaralanan M.Y isə “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasına aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.//Ajans.az

Bizə qoşulun