İstanbulun Böyükada ərazisində çimərlikdə yerləşən restoranda başlayan yanğın qısa müddətdə yaxınlıqdakı meşəlik sahəyə yayılıb.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Zərər çəkənlərə ilkin tibbi yardım göstərildikdən xəstəxanaya aparılıblar.
Viranbağ ərazisində baş verən yanğın barədə məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım cəlb olunub. Alovun söndürülməsinə yanğınsöndürmə helikopteri də havadan dəstək verib.
Yanğın havadan və qurudan aparılan əməliyyat nəticəsində tam söndürülüb. Hazırda ərazidə soyutma işləri davam etdirilir.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi də yanğının söndürülməsi işlərinə dəstək məqsədilə Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus "Nene Hatun" təcili müdaxilə gəmisi və KEGM-4 sürətli xilasetmə qayığının hadisə rayonuna göndərildiyini açıqlayıb. Bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əməliyyat davam etdirilir.