İyulun 2-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 72,46 dollara düşüb.
Medianews.az bildirir ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
“AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34 dollarla başlayıb.