Medianews.az
Nani Ronaldo haqda:
93 baxış

Nani Ronaldo haqda: "Bəziləri oynamasını istəmir"

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani, komanda yoldaşı Kriştiano Ronaldonun DÇ-2026-dakı çıxışı barədə iddialı fikirlər səsləndirib.

Medianews.az xəbər verir ki, Nani, turnirdə keçirdiyi 3 oyunda 2 qol vuran Ronaldonun tənqidlərə baxmayaraq hələ də əvəzedilməz olduğunu bildirib.

"Hər kəs Kriştiano ilə meydanda anlaşmağa çalışmalıdır. O, turnirin sonuna qədər qol vurmağa davam edəcək, mənə inanın. Bəziləri onun oynamasını istəmir, çünki komandanın enerjisinin və pressinq gücünün azaldığını düşünürlər. Lakin unuduruq ki, o, oyunun taleyini təkbaşına həll edə biləcək biridir. Kriştiano müdafiəçilərin diqqətini özünə çəkir. Təbii ki, o da oyununu məşqçinin sisteminə uyğunlaşdırmalı, digərləri isə onun hərəkətlərini anlamalıdır”.

Medianews.az

Bizə qoşulun