Azərbaycan Mərkəzi Bankı iyulun 1-nə valyuta ehtiyatını 13 milyard 157,6 milyon dollar göstərib.
Medianews.az bildirir ki, bu, ilin əvvəli ilə müqayisədə 1 milyard 642,7 milyon dollar çoxdur. 2026-cı il 11 milyard 514,9 milyon dollarla başlamışdı.
Rəsmi statistikaya görə, 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci ilə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilə 6 milyard 258 milyon dollar, 2021-ci ilə 6 milyard 369,4 milyon dollar, 2022-ci ilə 7 milyard 75 milyon dollar, 2023-cü ilə 8 milyard 995,7 milyon dollar, 2024-cü ilə 11 milyard 613 milyon dollar, 2025-ci ilə 10 milyard 959,5 milyon dollar valyuta ehtiyatı olduğu açıqlanıb.
Toğrul Əli,
Medianews.az