2027-ci ilin “Avroviziya” mahnı müsabiqəsinə Bolqarıstan ev sahibliyi edəcək.
Medianews.az bildirir ki, yarışda iştirakını Bolqarıstanla yanaşı 11 ölkə təsdiqləyib: Almaniya, Böyük Britaniya, Danimarka, Finlandiya, İsveçrə, Kanada, Lüksemburq, Norveç, San Marino, Şimali Makedoniya, Yunanıstan.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsi olan müsabiqədə 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan, Portuqaliya və Bolqarıstan 1 dəfə qalib gəlib.
Azərbaycan 18 “Avroviziya”ya qatılıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu, 2026-cı ildə Cəmilə Həşimova yarımfinalda ələnib.
Toğrul Əli,
Medianews.az