Medianews.az
Türkiyədə dəhşətli yol qəzası –
51 baxış

Türkiyədə dəhşətli yol qəzası – ölənlərin sayı 7-yə çatdı

Türkiyənin Bucak rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, Antalya-İsparta magistral yolu üzərində, Kargı tunelinin çıxışı yaxınlığında yük maşını ilə mikroavtobus toqquşub.

Saat 17:00 radələrində baş verən qəza nəticəsində ilkin məlumata görə 7 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qüvvələri cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəza səbəbindən bir müddət bağlanan yol sonradan nəzarətli şəkildə yenidən nəqliyyatın istifadəsinə verilib.

Burdur Valiliyi tərəfindən yayılan açıqlamada bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam edir. Həlak olanların ailələrinə başsağlığı verilib, yaralılara isə tezliklə sağalma arzulanıb.

Medianews.az

Bizə qoşulun