Medianews.az
Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın
101 baxış

Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın TƏFƏRRÜATI

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.

 Bu barədə NTV telekanalı məlumat yayıb.

Hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub. Ölənlərdən biri məktəbdə çalışıb, üçü isə həmin məktəbdə təhsil alıb.

Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.

Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb./oxu.az

Bizə qoşulun