Medianews.az
Türkiyədə 7 bal gücündə zəlzələ... -
121 baxış

Türkiyədə 7 bal gücündə zəlzələ... - Pampal

Türkiyənin Tokat vilayətində 6-7 bal gücündə zəlzələ yaratmaq potensialına malik aktiv faylar mövcuddur.

 Bunu türkiyəli zəlzələ üzrə mütəxəssis Süleyman Pampal bildirib.

Mütəxəssisin sözlərinə görə, bu bölgədə xüsusilə Qırıqqala-Erba fay zonası kimi tanınan və Tokatın cənub-qərbindən keçən şərq-qərb istiqamətli bir fay xətti yerləşir:

“Bu fay xəttinin 6-7 bal gücündə zəlzələ yaratma ehtimalı var.

Bu gün zəlzələ baş verən yerdə də Şimali Anadolu Fay Zonasını kəsən daha bir aktiv fay xətti var. Hətta 6-7 bal gücünə qədər zəlzələ yarada bilər”.

Qeyd edək ki, bu gün Türkiyənin Tokat vilayətinin Niksar rayonunda 5.5 bal gücündə zəlzələ baş verib./axar.az

Bizə qoşulun