Türkiyənin Dənizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ martın 9-u səhər qeydə alınıb. Yeraltı təkanların 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Medianews.az Musavat.com-a istinadla bildirir ki, zəlzələ sakinlər arasında panikaya səbəb olub. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı ciddi dağıntı və ya xəsarət alanların olmadığı qeyd edilir.
Zəlzələ yalnız Denizlidə deyil, İzmir, Aydın, Uşak və Manisa kimi Egey bölgəsinin bir çox vilayətlərində də hiss olunub.
Hadisədən sonra ehtiyat tədbiri olaraq bəzi obyektlər boşaldılıb. Xüsusilə Dənizli Dövlət Xəstəxanasının poliklinika bölmələri boşaldılıb. Həmçinin məktəblərdəki şagirdlər də binalardan çıxarılıb.