Medianews.az
Türkiyədə 32 yaşlı iş adamı evində ölü tapıldı –
91 baxış

Türkiyədə 32 yaşlı iş adamı evində ölü tapıldı – FOTO

Türkiyənin Denizli vilayətində müxtəlif biznes sahələrində ortaqlığı olan 32 yaşlı iş adamı Mehmet Çaput evində ölü tapılıb. Hadisə yerində onun həyat yoldaşına, 2 yaşlı qızına və Pamukkale bələdiyyəsinə ünvanlandığı bildirilən üç məktub aşkarlanıb.

Medianews.az xəbər verir ki, hadisə Pamukkale rayonunun Kuşpınar məhəlləsində baş verib.

Məlumata görə, Mehmet Çaput həyat yoldaşı tərəfindən evdə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılsa da, həkimlər onun həyatını itirdiyini müəyyən ediblər.

Polisin hadisə yerində apardığı araşdırma zamanı Çaputun yanında üç məktub tapılıb. Məktubların həyat yoldaşına, azyaşlı qızına və Pamukkale bələdiyyəsinə ünvanlandığı bildirilir.

İlkin məlumata görə, iş adamı bir müddətdir biznes fəaliyyəti üçün lisenziya almağa çalışıb. Onun külli miqdarda borclarının olduğu və lisenziya ala bilmədiyi üçün çətin günlər yaşadığı qeyd olunur. Məktublarda da bu problemlərlə bağlı fikirlərin yer aldığı iddia edilir.

Dənizli Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İstintaq çərçivəsində mərhumun geridə qoyduğu qeydlər və hadisənin bütün detalları araşdırılır.

Medianews.az

Bizə qoşulun